Avropa ABŞ-dan üz döndərir - İlk addım Almaniyadan

Angela Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"
Sputnik

BAKI, 11 may — Sputnik. Avropa artıq ABŞ-a ümid bəsləməyə son qoymalıdır. Sptunik xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel ABŞ-ın İranla bağlanmış nüvə razılaşmasından çıxmasını şərh edərkən bildirib.

"ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa taleyini özü həll etməlidir, bu, bizim gələcək üçün vəzifəmizdir", — deyə Merkel vurğulayıb.

Merkel, eyni zamanda qeyd edib ki, Almaniya İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayən 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.