Yeni baş nazir prezidentə təqdimat yazdı: "Nazir və xidmət rəisi işdən çıxarılsın"

Paşinyan DİN və MTX rəhbərlərinin işdən çıxarılmasını tələb edir
Sputnik

BAKI, 10 may — Sputnik. Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan prezidentə daxili işlər naziri və Milli Təhlükəsizlik Xidmətinin rəisini işdən çıxarmağı təklif edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

"İndicə Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin rəisi Qeorqiy Kutoyanın tutduğu vəzifələrdən azad olunması haqqında prezidentə göndərilən təklifi imzaladım", — deyə Paşinyan yazıb.