İDMAN

Vəzifədən kənarlaşdırıldı və yeddi ay sonra geri qaytarıldı

Azad Rəhimov ümumilikdə 18 medal ilə vətənə qayıdan idmançılarımıza təşəkkür edib
Sputnik

BAKI, 10 may — Sputnik. Bu gün gənclər və idman nazirliyində güləş federasiyasının seçki konfransı keçirilib.

Nazir Azad Rəhimov son dönəmlərdə güləşçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbərlərdən söz açaraq, son Avropa çempionatından yüksək qələbə, ümumilikdə 18 medal ilə vətənə qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib.

Namiq Əliyev

Sputnik Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Azad Rəhimov Namiq Əliyevin yenidən güləş federasiyasına dəvət olunduğunu və 1-ci vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb. Bununla yanaşı, nazir, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti postunda çalışacağını əlavə edib.