BAKI, 10 may — Sputnik. ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında keçiriləcək tarixi görüşün vaxtı və yeri açıqlanıb.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, Tramp Twitter sosial şəbəkəsində görüşün iyunun 12-də Sinqapurda keçəcəyini bildirib: “Bizim hər ikimiz çalışacağıq ki, bu görüş bütün dünya üçün xüsusi olsun”.
Bundan əvvəl Kim Çen In ilk dəfə Trampla görüşün hazırlandığını etiraf edib.