CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda möhtəşəm sərgi keçiriləcək

Sputnik Azərbaycan sərginin informasiya tərəfdaşıdır
Sputnik

BAKI, 10 may — Sputnik. 11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi keçiriləcək.

“Road & Traffic 2018” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi  və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. 

Bakıda daha bir maraqlı sərgi keçiriləcək
“Road & Traffic” sərgisi biznes strukturlarının Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat orqanlarının mütəxəssisləri ilə görüşməsi üçün unikal platformadır. “Road & Traffic” — regionun ən böyük ixtisaslaşmış sərgilərindən biridir və sərgi yol infrastrukturunun inkişafının bütün aspektlərini əhatə edərək, yalnız yol deyil, eyni zamanda nəqliyyat və tikinti sənayesi ilə məşğul olan mütəxəssislər arasında yüksək qiymətləndirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasinin Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi

Azərbaycan, Belçika, Belarus Respublikası, İran, Polşa, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsullar “Road & Traffic 2018” sərgisində təqdim olunacaq. Həmçinin sərgidə Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti iştirak edəcəklər.

Sərgi eksponentləri yolların tikintisi və saxlanılması üçün bir sıra məhsul və xidmətləri, layihələndirilmə və tikinti, yol-inşaat texnikası, yol tikintisi üçün geosintetik materiallar, yol hərəkəti idarəetmə sistemləri üçün avadanlıqlar, e`lektron yol monitorları və s. təqdim edəcəklər.

Bakıda nəqliyyat və daşınmaya dair beynəlxalq sərgi olacaq

“Road & Traffic 2018” sərgisi regionun aparıcı yol-inşaat şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək və Bakı şəhərində, eləcə də Azərbaycanın digər şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması sahəsində hökumətin cari və gələcək planları ilə tanış olmaq, həmçinin bu layihələrdə iştirak imkanlarını nəzərdən keçirmək üçün ideal şərait yaradacaq. Sərginin işgüzar proqramı çərçivəsində iştirakçılar və iri yerli şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcəkdir.

“Road & Traffic 2018” sərgisi 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2018” sərgiləri ilə eyni meydançada keçiriləcək. Ətraflı məlumatı və sərgiyə elektron dəvətnaməni www.roadtraffic.az rəsmi saytdan əldə edə bilərsiniz.

Qeyd edək ki, Sputnik Azərbaycan sərginin informasiya tərəfdaşıdır.