BAKI, 9 may — Sputnik. "Başakşehir" – "Sivas" oyunu zamanı baş hakimə "Şərəfsizlər, Allah bəlanızı versin" deyən türkiyəli futbolçu Arda Turan 8-10 oyun meydanlardan uzaq qalacaq. Bu barədə Sputnik Azərbaycan “Son Dakika”ya istinadən xəbər verir.
Məlumata əsasən, bu, Arda Turana verilə biləcək minimum cəzadır.
Qeyd edək ki, hakim Kemal Uğurlu oyunla bağlı hesabatında qırmız kart görən Ardanın yumruğunu sıxaraq "Şərəfsizlər, Allah bəlanızı versin" dediyini qeyd edib.