İDMAN

Dünya çempionu oldu və çılpaq soyundu - VİDEO

O, dünyada bilyard üzrə ən yaşlı dünya çempionu olub
Sputnik

BAKI, 9 may — Sputnik. Tanınmış bilyard ustası Mark Villiams dünya çempionatından sonra qəribə addım atıb. Belə ki, o, yarışdan öncə qalib gəldiyi təqdirdə soyunacağına söz verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə də olub. İdmançı yarışda peşəkarlıq göstərərək rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb. Mark Villiams dediyi sözü tutmalı olub. O, mətbuat konfransına çılpaq gəlib və jurnalistlərin sualına cavab verib. 

O açıqlamasında deyib ki, otaq bir qədər soyuqdur: "Özümü narahat hiss edirəm və mənə soyuqdur".

43 yaşlı dünya çempionu bildirib ki, daha heç bir turnirdə uğur qazanmasa da, bu onun üçün önəmli olmayacaq: “Ən böyük qələbəmiz qazandım. Çünki ağlıma da gətirməzdim ki, mən dünya çempionu olacam. Həyat yoldaşımın dəstəyi ilə uğur qazandım”.

Qeyd edək ki, Mark Villiams yeni rekorda da imza atıb. O dünyada bilyard üzrə ən yaşlı dünya çempionu olub. Ondan əvvəl isə bu rekord 1978-ci ildə çempion olan Ray Reardona aid idi.