Azərbaycanda maraqlı hadisə: Polis rəisi polisləri cərimələdi

Onlar 150 manat dəyərində cəriməni ödədikdən və pərdələri çıxardıqdan sonra avtomobillərini cərimə meydançasından götürə biliblər
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Adətən vətəndaşları polis əməkdaşları cərimələyir. Bu dəfə isə əksinə olub, polis əməkdaşlarının özlərini cərimələyiblər. Təəccüblənəcəksiz, amma bu hal məhz Azərbaycanda, Qusar rayonunda baş verib. 4 nəfər polis əməkdaşı inzibati qaydada cərimələnib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumatına görə, onları elə rayonun polis şöbəsinin rəisi Zaur Bədəlov cəzalandırıb.
Qusar RPŞ-nin 4 əməkdaşının avtomobillərində nəqliyyat vasitələrinin yan şüşələrində qadağan edilən pərdə olduğuna görə, onlar cərimə ödəməli olublar.

Onlar 150 manat dəyərində cəriməni ödədikdən və pərdələri çıxardıqdan sonra avtomobillərini cərimə meydançasından götürə biliblər.