CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli mənzillərin satışında şübhəli məqamlar

260 mənzil işləməyən sayt vasitəsilə 1 saat 10 dəqiqəyə necə satıldı?
Sputnik

BAKI, 7 may — Sputnik. Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər. Bu barədə Sputnik Azərbaycan-a sosial mənzil almaq ümidi puça çıxmış filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev məlumat verib.

Gözlənilən gün gəlib çatdı

"Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həlli Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə kimi müəyyən edilmişdir. Dövlət başçısının 2016-cı il 16 noyabr tarixli Fərmanı və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi qaydası” ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən sosial siyasətin məntiqi davamı və olduqca mühüm əhəmiyyət kəsb məsələlərdən biri idi. 

Mənzillərin vətəndaşların güzəştlə əldə etməsi qaydalarında qeyd olunurdu ki, “MİDA” MMC mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satacaqdır. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankdan ipoteka krediti alınacaqdır. Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər işərisində fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də yer almışdı. Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər olaraq fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də “MİDA”ya müraciət etmişdi. Qeydiyyatdan keçən və Elektron kabinet yaradılan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər bütün mərhələləri keçərək mənzillərin 7 may 2018-ci il tarixdə satışa çıxarılmasını və müvafiq mənzillərin seçilməsini gözləyirdilər. Güzəştli mənzil almaq üçün gözləyən fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə “binada mənzillərin güzəştlə satışı müddəti başa çatdıqdan sonra  və ərizəçinin seçdiyi mənzili onun əldə etməsinin mümkün olub-olmaması məsələsinə baxılacağı, əgər müsbət qərar qəbul olunursa, agent banka müraciət ediləcəyi, agent bank müraciət edən şəxsə ipoteka krediti ayırarsa o mənzilə sahib ola biləcəyi bildirilirdi” — deyə məktubda bildirilir. 

Vəliyevin deyinə görə, agent banklar olan Kapital bank, BTB bank, Uni bank, Azərtürk bankla əlaqə saxlayan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə maaşlarının çox az (300-350 Azn) olması səbəbindən ipoteka krediti ayırmağın mümkünsüzlüyü və mənzillərin nəğd pulla alınması təklif edilib. "Xatırladım ki, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər nəğd pulla mənzil almaq imkanından məhrumdurlar və kirayələrdə yaşayaraq ailə saxlayırlar. Təbii ki, mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər kateqoriyasına fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də daxil ediləndə onların maaşının az olması məlum idi. 

Bugün, 7 may 2018-ci ildə 260 mənzilin satışa çıxarılacağı elanı verilmişdi. Mən də səhər saat 9:00-dan mida.gov.az saytına daxil olaraq satışın saat 10:00-da başlanmasını və elektron qaydalarla mənzil seçməyi gözləyirdim. Amma saat 10:00-da birdən birə saytın fəaliyyət dayandı, sistem işləmədi. Bu problem 1 saat davam etdi. Saat 11:00-da sistem yenidən fəaliyyətə başlayıb, sayt işləsə də artıq mənzil seçmək mümkün deyildi və mənzillər seçilərək satılmışdı. Maraqlıdır ki, bir neçə tanıdığım şəxs də eyni problemi yaşadı və mənzil seçə bilmədi. Sayt işləmədiyi halda 260 mənzil necə və hansı şəraitdə satıldı? Gün ərzində mida.az saytında əlaqə saxlamaq üçün qoyulan nömrələrə dəfələrlə zəng etdim, amma işləmədi. 

"Güzəştli mənzil" sisteminin güzəştli ipotekadan hansı fərqləri olacaq?

Vəliyev ümid etdiyimi bildirib ki, MİDA illərdir ki, evsizliklə imtahan edilən insanların son ümidini puça çıxartmaq, insanların hisslərilə oynamaq və evlərin seçimindəki bəzi məqamlara aydınlıq gətirərək, suallara cavab verə biləcək. 

Qeyd edək ki, oxşar məlumatlar bu gün bəzi mətbu orqanları tərəfindən də qeyd olunub. 

Məlumatlarda qeyd edilir ki, mənzillərin satışa çıxarıldığı sayta saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib.

Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb.

Bu gün saat 11:10-da, yəni mənzillərin satışa başlandığı 1 saat 10 dəqiqə keçəndən sonra  bütün 260 mənzilin hamısının satıldığı məlum olub.

Məsələ ilə bağlı MİDA açıqlama verməyib.