BAKI, 6 may — Sputnik. Amerikalı idmançı Jerom Rivera qarışıq döyüş üzrə “Legacy Fighting Alliance 39” turnirində dəhşətli zədə alıb. Sputnik Azərbaycan xəbər verir ki, video AXS TV-nin Twitter hesabında dərc edilib.
<iframe> </p> <p>Həmyerlisi Brendon Royvalla döyüş zamanı Riveranın qolu dirsəyindən çıxıb. Rivera qolunun çıxdığını görərək, qaçmağa cəhd edib. Amma Royval nə baş verdiyini anlamadığından, ona daha bir neçə zərbə endirib. Döyüş dayandırılıb və Royvala texniki qələbə verilib.</p> <p>Bəzi jurnalistlər və idman mütəxəssisləri Riveranın zədəsini idman döyüşləri zamanı ən dəhşətli zədələdən biri kimi qiymətləndiriblər.</p>