RUSİYA

Qaydanı pozan sürücü yol polisinin iki müfəttişini vuraraq aradan çıxıb

Cinayətkarları 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir
Sputnik

BAKI, 5 may — Sputnik. Sürücü onu saxlamaq istəyən yol polisi əməkdaşını vurub. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, tanışına yardım etməyə gələn Stavropol sakini qəsdən iki inspektoru vurub və sürüyüb. Polislərdən biri baş verənləri videoya çəkib.

Hadisə yol polisi əməkdaşları sükanı arxasında qızın olduğu avtomobili saxlayan zaman baş verib. Protokol yazılan zaman o öz dostuna zəng edib və hadisə yerinə gəlməyi xahiş edib. Çünki özü ekpertiziyadan keçmək üçün getməli imiş.

Cavan oğlan özünü çox gözlətməyib. Uzun mübahisədən sonra qanunu pozan qızın avtomobilin salonuna əyləşib. Polislər ona getməyə mane olmağa çalışsalar da, cavan oğlan onları vuraraq yoluna davam edib.

Polislərdən biri qapalı tipli kəllə-beyin travması alıb və onun beyni silkələnib. Günahkarları "hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmə" maddəsi ilə 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.