CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mübariz Qurbanlı: “Maddi dəstək alacaq din xadimlərinin siyahısı müəyyənləşib”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, maddi dəstəyi məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər ala biləcəklər
Sputnik

Mübariz Qurbanlı: “MDTF-nin yaradılması təqdirə layiqdir”
“Bizim üçün milli-mənəvi dəyərlərin təbliği, mühafizəsi əhəmiyyət kəsb edir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF)  bu baxımdan təqdirə layiqdir: “Prezident tərəfindən Fonda vəsait ayrılıb. Fond Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə maddi dəstək alacaq din xadimlərinin siyahısını müəyyənləşdirib. Siyahıya əsasən, QMİ-nin təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər”.

10 oktyabr 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb.