BAKI, 3 may — Sputnik. Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov Arxiv məsələləri üzrə Dövlət Komitəsinin sabiq sədri İradə Eyyubovanı respublikanın mədəniyyət naziri təyin edib.
Sputnik AzərbaycanRusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı respublika başçısının mətbuat xidməti yayıb.
"Eyyubova İradə Hafizyanovna əvvəlki vəzifəsindən azad edilərək Tatarıstan Respublikasının mədəniyyət naziri təyir edilir" — deyə prezidentin sərəncamında bildirilir.
47 yaşlı Eyyubova Bakıda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə bitirib. 2002-ci ildə Tatarıstan Biznesə Yardım İnstitutunu "hüquq" ixtisası üzrə bitirib. Rusiya prezidenti yanında "Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyası"nda ixtisasını artırıb.
1994-2000-ci illərdə Eyyubova Nijnekamskda mühəndis-proqramçı işləyib.
Daha sonra karyerasını Kazanda davam etdirib. 2008-ci ildə Respublika mədəniyyət nazirinin müavini olub. O, Rusiyanın əməkdar iqtisadçısıdır.
Tatarıstanın mədəniyyət naziri Ayrat Sibaqatullin aprelin 14-də tutduğu postu tərk edib.