RUSİYA

Rus turistlər bu günlərdə Bakıda kef ediblər

Bakı rus turistlərin üstünlük verdiyi şəhərlər arasında top-3-lüyə daxildir.
Sputnik

BAKI, 3 may — Sputnik. Bakı may ayındakı bayram günlərində rus turistlərin səyahət üçün üstünlük verdiyi MDB ölkələrinin şəhərləri arasında top-3-lüyünə daxildir.

Rusiyanın qabaqcadan qalmaq üçün yer sifarişi qəbul edən xidmətinə məxsus Tvil.ru saytı rusiyalı turistlərin may bayramı günlərində MDB məkanındakı hansı şəhərlərdə tez-tez yer bron etdiyi barədə reytinqi açıqlayıb.

Reytinq otel və apartamentlərdə 29 aprel — 10 may 2018-ci il il tarixlərinə yer sifarişinə dair sorğuların analizi əsasında hazırlanıb. Rusiyada bayram günləri aprelin 29-dan mayın 2-nə qədər, eləcə də 5, 6, 9 may tarixlərindədir.

Bakı may bayramı günlərində MDB məkanında istirahətə üstünlük verən rusiyalı turistlər arasında ekskursiya və mədəni istirahətin liderlərindən biridir. 

Bu ölkədən olan turistlər artıq Ermənistana getməyəcəklər

Minsk, Astana və Bakı ilk üçlüyə daxildir. Rusların may bayramı günlərində turist səyahəti etməyə üstünlük verdiyi şəhərlərin top-5-liyinə Yerevan və Brest də daxildir.

Tvil.ru-nun məlumatına görə, turistlər mayın əvvəllərindən etibarən Bakıda orta hesabla 3,5 gecə keçirmək niyyətindədir. Onlar bunun üçün sutkada orta hesabla 3 min rubl xərcləyəcəklər.

Sorğunun nəticələrinə görə, ötən bayram tətili günlərində turistləri Bakıda həm də "Formula-1" Azərbaycan Qran-prisi üzrə 2018-ci il yarışları və ekskursiya cəlb edib.

Tvil.ru Rusiyanın otellərin, mənzil və qonaq evlərinin on-line bronlaşdırılması ilə məşğul olan aparıcı saytlarından biridir. Ayda 2 milyondan çox adam Tvil.ru saytını ziyarət edir. Burada istirahətə getmək istəyənlər üçün 50 min variantda yaşayış yeri və səyahət məkanı təklif edilir.