İDMAN

Müsəlman futbolçu hamıdan üstün oldu

Bu mövsüm o, Premyer Liqada 34 oyunda 31, Çempionlar Liqasında isə 13 oyunda 11 qol vurub
Sputnik

BAKI, 2 may — Sputnik. "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah futbol jurnalistləri assosiasiyanın versiyasına əsasən İngiltərə Premyer Liqasında (EPL) mövsümün oyunçusu seçilib. Bu barədə Sputnik Azərbaycan "The İndependent"nəşrinə istinadən xəbər verir.

Bu mövsüm o, Premyer Liqada 34 oyunda 31, Çempionlar Liqasında isə 13 oyunda 11 qol vurub.

Qeyd edək ki, bu Salahın hazırkı mövsümdə qazandığı ikinci tituldur. Buna qədər isə o Professional Futbolçular Assosiasiyasının versiyasına əsasən İngiltərədə ilin futbolçusu seçilmişdi.

Xatırladaq ki, sonuncu dəfə Britaniyalı jurnalistlər 2014-cü ildə bu mükafatı "Liverpul"un oyunçusuna layiq görmüşdülər. Həmin vaxt onun sahibi Luis Suares olmuşdu.