Çempionlar Liqasının "Santyaqo Bernabeu" stadionunda keçirilən ½ final matçının cavab görüşündə "Real Madrid" Münhen "Bavariya"sı ilə heç-heçə oynasa da, iki görüşün nəticəsinə əsasən finala yüksəlib.
Madridlilərin ən emosional şəkilləri Sputnik Azərbaycan-ın fotolentində yer alıb.
Madrid "Real"ı mayın 21-də Çempionlar Liqasının yarımfinalında "Santyaqo Bernabeu" stadionunda Münhen "Bavariya"sını qəbul edib.
Gərgin keçən və bəzi hallarda ziddiyyətlərin müşahidə edildiyi matç heç-heçə — 2:2 hesabı ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən Çempionlar Liqasına bileti ispan klubu qazanıb.
"Real" finalda "Roma"- "Liverpul" cütlüyünün qalibi ilə görüşəcək. Qeyd edək ki, Kriştianu Ronaldu bu Liqada rekorda imza ataraq meydanlardakı 152-ci matçını keçirib.
"Real" son iki Çempionlar Liqasının qalibi olub. Onun bu il də çempionlar liqasının qalibi olub-olmayacağı mayın 28-də Kiyevdə keçiriləcək final matçında məlum olacaq.