İmamdan iyrənc əməl: Bacısı qızını zorladı, sonra da günahkar çıxardı

Gənc qızın sözlərinə görə, axşam saatlarında evdə tək olduğu zaman dayısı evə gəlib, üzünü ədyalla bağlayaraq təcavüz edib
Sputnik

BAKI, 2 may — Sputnik. Türkiyənin Ərzurum şəhərində bacısı qızını zorlayan dayı məhkəmə qərarından narazı qalaraq, "o da məni təhrik etdiyi üçün mənim qədər günahkardır" deyə qışqırıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əbüdülkadir İ.24 yaşlı bacısı qızını zorlayıb. DNT testi doğulan körpənin onun övladı olduğu sübut edilən kişi 23 il 8 ay azadlıqdan məhrum edilib.

Məlumata görə, bacısının qızını zorlayan Əbülkadir İ. Imam olduğu üçün bacısı qızını zorladıqdan sonra ona səsini çıxarmamağı tapşırıb. "Kimsə sənə inanmaz, mən imam olduğum üçün hamı mənə inanacaq" deyə gənc qızı təhdid edib.

Yenə zorlama qalmaqalı: Hamamda çimən qız şok yaşadı

Gənc qızın sözlərinə görə, axşam saatlarında evdə tək olduğu zaman dayısı evə gəlib, üzünü ədyalla bağlayaraq təcavüz edib.

"Mənə "bu yaşadığını heç kimə deməyəcəksən. Kiməsə danışsan, səni öldürərəm, yaşatmaram. Onsuz da sənə heç kim inanmaz. Mən imam olduğum üçün hamı mənə inanacaq. Sonda sən günahkar çıxacaqsan" deyib. O an qorxduğum üçün heç kimə demədim. Amma sonra dayana bilmədim anama və böyük bacıma danışdım. Xəstəxanaya getdik və orada 6 aylıq hamilə olduğumu öyrəndim. Qanuni vaxtı keçdiyimiz üçün abort etdirə bilmədik. May ayında uşaq dünyaya gəldi və onu uşaq evinə verdim. Öz dayımdan şikayətçiyəm və cəzalandırılmasını istəyirəm" deyə qız bildirib.

Məhkəmə uşaq evinə verilən uşağın DNT analizi ilə Əbdülkadir İ.-nin olduğunu sübut edib.

Dayının verdiyi açıqlama isə çox gülünc olub. O ifadəsində bildirib ki, bacısı qızı onun razılığı olmadan onunla cinsi əlaqədə olub. "Mən yatdığım zaman otağa gəlib, mənim razılığım olmadan mənimlə cinsi əlaqəyə girdi. Əslində mən ondan şikayətçiyəm" – deyə dayı bildirib.

Əbdülkadir İ. məhkəmədə "mən nə qədər günahkaramsa, o da mənim qədər günahkardır. Məni təhrik edib. Bəraətimi tələb edirəm" deyə qışqırıb.