İDMAN

Məşhur rusiyalı şərhçi “Formula-1” üzrə Azərbaycan Qran-prisindən danışır

Məşhur Formula 1 şərhçisi Aleksey Popov deyir ki, Azərbaycan Formula 1 Qran-Prisinə müvəffəqiyyətlə ev sahibliyi edir
Sputnik

Məşhur rusiyalı şərhçi “Formula-1” üzrə Azərbaycan Qran-prisindən danışır
“Formula 1 üzrə dünya çempionatının təqvimində üç şəhər trası yer alıb ki, onların arasında Bakı şəhər halqası özünəməxsusluğu ilə seçilir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində məşhur Formula 1 şərhçisi Aleksey Popov deyib. 

Şərhçi deyib ki, həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycan Formula 1 Qran-Prisinə də müvəffəqiyyətlə ev sahibliyi edir: “Azərbaycan Qran-Prisinə kifayət qədər rusiyalı azarkeş gəlib. Digər ölkələrdə olduğu kimi, Rusiyada da Azərbaycan Qran-Prisi çox məşhurdur. Şəxsən mənim üçün Bakı mərhələsi Soçidəki yarış qədər doğmadır. Ötənilki Azərbaycan Qran-Prisi möhtəşəmliyi ilə yadda qaldı. Ümid edirəm ki, builki yarış da həyəcanı ilə xatirələrdə qalacaq”.

Qeyd edək ki, aprelin 27-də Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb. Yarışın ikinci mərhələsi aprelin 29-da keçirilib. “Mercedes”in pilotu Luis Hamilton gərgin mübarizə nəticəsində birinci, “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, Serxio Peres (“Force İndia”) üçüncü olmağı bacarıblar. Beləliklə, 2018-ci ildə təşkil olunan Azərbaycan Qran-Prisi başa çatıb.