İDMAN

Pilotlar bir-bir yarışı tərk edir

Artıq 3 pilot üçün yarış bitib
Sputnik

BAKI, 29 aprel — Sputnik. Formula 1 Azərbaycan Qran-Prisinə start verilən kimi birinci dövrədəcə iki, daha sonra isə bir pilot mübarizəni dayandırmalı olub. 

Sputnik Azərbaycan xəbər verir ki, “Force India” komandasının pilotu Eseteban Okon ilə “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədib. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər iki pilot birinci dövrəni tamamlamadan yarışda mübarizəni dayandırıb. “McLaren” komandasının pilotu Fernando Alonso isə mübarizə zamanı bolidinin ön və arxa təkəri partlasa da pit-stopa gedərək təkərləri dəyişə bilib və mübarizəni davam edə bilib.

"Renault” komandasının pilotu Niko Hulkenberq yaxşı mübarizə aparsa da sonda təkərinin boşalması və divara çırpılması nəticəsində yarışı dayandırıb. Beləliklə 51 dövrənin 12-ci dövrəsində artıq 3 pilot üçün yarış bitib.