İDMAN

Daha üç pilot yarışla vidalaşmalı oldu

Yarışın bitməsinə bir neçə dəqiqə qalmış artıq 6 pilot üçün mübarizə başa çatıb
Sputnik

BAKI, 29 aprel — Sputnik. Formula 1 Azərbaycan Qran-Prisində daha iki pilot üçün də mübarizə başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə “Red Bull Racing” komandasının iki pilotu eyni anda yarışa vida edib. Daniel Rikkardo Maks Ferstappenin bolidini arxadan vurub. Maks düzgün manevr etməməsinin səbəbinə görə Daniel Rikkardo əyləcə bassa da sürəti nizamlaya bilməyib və bolidlər toqquşub. 

Bunun ardınca “Haas" komandasının pilotu Roman Qrojan da bolidini divara çırpıb və beləliklə 6-cı pilot olaraq yarışı vaxtından tez bitirib.

Qeyd edək ki, mübarizəni 14 pilot davam etdirir.