İDMAN

Sabahkı yarışı sonuncu yerdə başlayacaq pilot məlum oldu

Roman Qrojan sabah final yarışında sonuncu yerdə yarışa başlayacaq
Sputnik

BAKI, 28 aprel — Sputnik. Formula 1 Azərbaycan Qran-Prisində bu günün sonuncu yarışı sıralama turuna start verilib. 17:00-da başlanan yarışda "Haas" komandasının pilotu Roman Qrojan trasda cəmi 5 dəqiqə bolidini sürə bilib.

Sputnik Azərbaycan xəbər verir ki, pilotun bolidinin mühərrikində problem yaranıb. Mühərrikdən tüstü qalxmağa başlayıb. Marşalların köməyi ilə pilot boliddən çıxardılıb və bolid trekdən uzaqlaşdırılıb.

Beləliklə, Roman Qrojan sabah final yarışında sonuncu yerdə yarışa başlayacaq.