HADİSƏ

Dövlət şirkətinin rəsmisi nazir müavininin dediyini təkzib etdi

"Azərsu ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədirlər və onların verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz"
Sputnik

BAKI, 28 aprel — Sputnik. 

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının statusu
 fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada (keçmiş Trump Tower) baş verən yanğının gec söndürülmə səbəbinin su qıtlığı olması barədə dediklərini təzib edib. Cəbrayıllı bu barədə sosial şəbəkədə yazıb.

Onun müraciətində deyilir: "Hörmətli jurnalistlər…

Trump Towerdə baş verən yangın zamanı "Azərsu" ASC ərazini fasiləsiz su ilə təmin edb. 

Nazir müavinindən maraqlı etiraf

Tramp Towerin yerləşdiyi ərazi 24 saat fasiləsiz su alan ərazidir və bu gün də belə olub. Həmin ərazidə Azərsu ASC-nin xətlərində normal təzyiqlə (3 atmosferdən artıq) su verilib. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində və yanğınla əlaqədar yaradılmış qərargahda olublar. Amma onlara su olmaması ilə bağlı heç nə deyilməyib. Bildirirmək istəyirəm ki, hətta Tramp Toverin işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar ki, yanğının qarşısı maksimum tez alınsın. Yangın başlayan vaxtı Tramp Towerin ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. Azərsu ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədirlər və onların verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz".