CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda gənc qadın 5-ci mərtəbədən yıxılıb

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb
Sputnik

BAKI, 27 aprel — Sputnik. Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Nərgiz Cənnət qızı Qasımova yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.