İDMAN

Aleksander Olbon Bakıda hamını qabaqladı

22 yaşlı britaniyalı pilot 1 dəqiqə 54,480 saniyə göstərici ilə bütün pilotları qabaqlayıb
Sputnik

Bakı, 27 — Sputnik. Fransanın "Dams" komandasının pilotu Aleksander Olbon Bakıda keçirilən Formula 2 yarışında sıralama turunun qalibi olub. Sputnik Azərbaycan xəbər verir ki, 22 yaşlı britaniyalı pilot 1 dəqiqə 54,480 saniyə göstərici ilə bütün pilotları qabaqlayıb.

Böyük Britaniyanın "Carlin" komandasının sürücüsü Lando Norris ikinci, Fransa təmsilçisi "Art Grand Prix"in pilotu Corc Rassel isə üçüncü yeri tutub.