BAKI, 27 aprel — Sputnik. Bu gün Azərbaycan Qran-Prisinin “Formula-1 Şəhərciyi”ndə avtoidman azarkeşləri sevdikləri və heyran olduqları pilotlar ilə görüşüblər.
Azarkeşlər sevimli pilotlarından avtoqraf alıblar. Sputnik Azərbaycan verir ki, azarkeşlər avtoqraf sessiyasının ilk günündə “Ferrari”, “Haas” və “Williams” komandalarının pilotları ilə görüşüblər. Qeyd edək ki, sabah “Toro Rosso”, “Renault”, “Mercedes”, bir gün sonra isə “Sauber”, “McLaren”, “Red Bull Racing” və “Force India” komandalarının pilotları ilə avtoqraf sessiyaları təşkil olunacaq.