İDMAN

Bakıda sərbəst yürüşə start verildi

Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb
Sputnik

BAKI, 27 aprel — Sputnik. Formula 1 üzrə Azərbaycan Gran-prisinə start verilib. Komandalar Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünə başlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

"Mercedes" komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkon və Lans Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Eseteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hulkenberq ilə Karlos Sainz mübarizə aparırlar.

Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Çarles Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Qeyd edək ki, Formula 1 ilə yanaşı Formula 2 yarışları da keçirilir və burada da qalibləri müəyyən etmək üçün mübarizə aparılacaq. Bu gün artıq Formula 2-də birinci sərbəst yürüşlər başa çatıb.