Dövlət Baxçalı namizədliyini irəli sürdü

MHP sədri: "Prezident üsul-idarəsinin ölkəmiz üçün çox faydalı olduğunu düşünürəm"
Sputnik

BAKI, 26 aprel — Sputnik. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı (Devlet Bahçeli) millət vəkilliyinə namizədliyini irəli sürüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, iyunun 24-də keçiriləcək seçkilərdə iştirak etmək üçün ilk müraciət edən partiya sədridir.

"Seçkiyə hazırlaşırıq. Bəzi yerlərdə mitinqlər, bəzi yerlərdə iclaslar keçirəcəyik" – deyə Baxçalı jurnalistlərə açıqlamasında bildirib.

Daha sonra o qeyd edib ki, Milliyətçi Hərakat Partiyası bu seçkiyə çox böyük əhəmiyyət verir: "Prezident üsul-idarəsinin ölkəmiz üçün çox faydalı olduğunu düşünürəm. İnşallah, nəticələr xeyirli olar".