İQTİSADİYYAT

Avropa Mərkəzi Bankı kritik qərarını açıqladı

Mərkəzi Bank pul siyasəti faizini (uçot dərəcəsini) 0,00%-də, depozit faizini mənfi 0.40%-də, marjinal maliyyələşmə faizini isə 0.25%-də saxlayıb
Sputnik

BAKI, 26 aprel — Sputnik. Avropa Mərkəzi Bankının aprel ayı üçün iclası başa çatıb. İclasda  uçot dərəcəsinin hazırkı — 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Bank pul siyasəti faizini (uçot dərəcəsini) 0,00%-də, depozit faizini mənfi 0.40%-də, marjinal maliyyələşmə faizini isə 0.25%-də saxlayıb.

Gözlənildiyi kimi, aktiv alış proqramında da dəyişikliyə getməyib.

Qeyd edək ki, qurumun bu ilin yanvar ayında keçirilmiş iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan 30 mlrd. avroya endirib və müddətini bu ilin sentyabr ayına qədər uzadıb. 

Qərardan sonra avro cüzi bahalaşıb, dollar ucuzlaşıb.