HADİSƏ

Paytaxtın üzərində qəribə buludlar: Sakinlər təlaşda - FOTO

Bəzi istifadəçilər bunun palçıq vulkanının püskürməsinin nəticəsi ola biləcəyini deyirlər
Sputnik

BAKI, 25 aprel — Sputnik. Azərbaycan paytaxtının üzərində çox sıx, qara rəngli buludlar formalaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu qorxunc mənzərəni Əhmədli və Günəşli istiqamətindən daha yaxşı görmək olur.

Paytaxtın üzərində qəribə buludlar

Buludlar çox aşağıdadırlar və dağ formasındadırlar. Onlar, əsasən, şəhərin mərkəzi üzərindədir, lakin hərəkət edirlər. Artıq sosial şəbəkədə bu mənzərənin şəkilləri yayılıb. Bəzi istifadəçilər bunun palçıq vulkanının püskürməsinin nəticəsi ola biləcəyini deyirlər.