CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda peyda olan "yol qoçuları" ilə bağlı rəsmi açıqlama

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bununla bağlı ona məruzə olunduğunu bildirib
Sputnik

BAKI, 24 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 23-də Bakı-Ələt yolunun 34-cü kilometrində yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü qaydaları pozub, dələduzluq edərkən kameralara düşüb.

Sputnik Azərbaycan baku.ws-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bununla bağlı ona məruzə olunduğunu bildirib: "Mən də aidiyyatı üzrə raport yazıb, məlumat vermişəm. Bu gün səhər sosial şəbəkələrdə yayılıb bu video. Hal-hazırda həmin maşın və şəxs axtarışdadır. Bunlar hansı cəza maddəsi ilə cəzalandırılacaqlar hələ bilinmir. Çünki digər sürücü də dəvət olunmalıdır. Bu sürücü digərinin üstünə gələrkən o biri sürüb getməyə çalışır. Bilmək lazımdır ki, burda niyə belə hərəkət ediblər, mövzunun kökü nədir".