İQTİSADİYYAT

Qonşu ölkədə banklara qadağa qoyuldu

Ölkənin pul mərkəzlərində, maliyyə qurumlarında bitkoin və digər rəqəmsal valyutaların istifadəsi qadağandır
Sputnik

BAKI, 23 aprel — Sputnik. İran Mərkəzi Bankı bankların bitkoin və digər rəqəmsal valyutalardan istifadəsinə qadağa qoyub. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Mərkəzi bankının saytında məlumat verilib.

"Ölkənin pul mərkəzlərində, maliyyə qurumlarında bitkoin və digər rəqəmsal valyutaların istifadəsi qadağandır" – məlumatda qeyd edilir.

Qərar 2017-ci ilin sonlarında qəbul edilsə də, dünən axşam saatlarında nəşr olunub və kriptovalyutaların "pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün" istifadə oluna biləcəyi ilə əlaqələndirilib.