BAKI, 22 aprel — Sputnik. Dünyanın ən yaşlı sakini olan yaponiyalı Nabi Tadzima 117 yaşında vəfat edib. Sputnik Azərbaycan USA Today-a istinadla xəbər verir ki, qadın yanvar ayından aparıldığı xəstəxanada keçinib.
Tadzima 1990-cı il avqustun 4-də doğulub. Onun 160-dan çox törəməsi, o cümlədən kötücə və kötükcəsi var. Kaqosima prefekturasında doğulan qadın son zamanlar ümumiyyətlə yataqdan qalxmırmış.
Nabi Tadzimanın ölümündən sonra planetin ən yaşlı sakini titulu digər yaponiyalı qadın, 116 yaşlı Tie Miyakoya keçib.
Qeyd edək ki, cəmi bir neçə gün öncə qeyri-rəsmi olaraq dünyanın ən yaşlı sakini sayılan 121 yaşlı Selino Vilyanueva Haramilyonun öldüyü xəbər verilmişdi. O, çarpayıdan yıxılması zamanı aldığı zədə nəticəsində San-Xose-de-Marikina şəhərində xəstəxanada vəfat edib.