CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisindən həyəcan siqnalı və ciddi dəyişiklik anonsu

Dövlət Yol Polisi uşaqlar üçün yollarda davranış qaydalarının öyrədilməsinə dair bir neçə dərs vəsaiti hazırlayaraq Təhsil Nazirliyinə göndərib
Sputnik

BAKI, 20 aprel — Sputnik. Yol polisi piyadaların vurulması ilə bağlı həyəcan təbili çalıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov-un Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yol hərəkəti qaydaları ilə bağlı fənnin məktəb proqramına daxil edilməsi təklif olunur.

Onun sözlərinə görə, yol polisinin iştirakı ilə müxtəlif yaşlarda olan uşaqlar üçün yollarda davranış qaydalarının öyrədilməsinə dair bir neçə dərs vəsaiti hazırlanıb. Bu dərs vəsaitləri AR Təhsil Nazirliyinə təqdim edilib. 

Sosial şəbəkədə nüfuz qazanan yol polisi Sputnik Azərbaycan-a danışdı

Qeyd edək ki, hazırda məktəblərdə tədris edilən "Həyat bilgisi" fənni dərsliklərinə yol hərəkəti ilə bağlı bir neçə paraqraf daxil edilib. Lakin Vaqif Əsədov bunu yetərli saymır. O, respublika yollarında yol-nəqliyyat qəzalarının mənfi statistikasını bununla izah edib.

Məlum olub ki, son illərdə təkcə Bakıda piyadaların iştirakı ilə xeyli sayda yol qəzası baş verib. Əgər 2016-cı ildə piyadaların vurulması ilə baş verən qəzalar 62% təşkil edirdisə, 2017-ci ildə bu qəzalar 69% olub. 2018-ci ilin əvvəlindən indiyə qədər isə bu göstərici 65%-dir.

"Biz mexanizm olmadan yol hərəkəti qaydalarını piyadalara izah etməkdə çətinlik çəkirib. Biz yol hərəkəti iştirakçılarının hər birinə ayrı-ayrılıqda yol hərəkəti qaydalarını izah etmək iqtidarında deyilik" — deyə Əsədov bildirib.

O, əlavə edib ki, yol polisi imkan daxilində mümkün olan hər şeyi edir. BŞBPİ DYP-nin bir sıra əməkdaşları, eləcə də Əsədov özü şəxsən aşağı sinif şagirdləri ilə görüşərək onlara qaydaları izah edirlər. Bəzən isə onlara kömək üçün müraciət edən ayrı-ayrı şirkətlərin kollektivləri ilə görüşlər keçirirlər.

Əsədov deyib ki, piyadalardan fərqli olaraq, sürücülər "AR Yol hərəkəri haqqında qanunu"nun tələblərinə kifayət qədər yaxşı riayət edirlər. Hər dəfə qanuna düzəlişlər ediləndə, yol hərəkətinin iştirakçıları onları öyrənməlidirlər ki, maliyyə sanksiyaları ilə üzləşməsinlər. 

Polisin təqibi

"Lakin mental xüsusiyyətlərlə əlaqədar olaraq, bizim sürücülər bir sıra təhlükəli vərdişlərindən əl çəkə bilmirlər. Misal üçün, qadağaları pozurlar və hesab edirlər ki, cəzadan qaça bilərlər" — deyə Əsədov bildirib.

Buna baxmayaraq, intizamsız sürücülər piyadalar kimi hüquq-mühafizə orqanları əməkdaşlarına başağrısı vermirlər.

Bu yaxınlarda bir sıra Rusiya KİV-lərində sürücülərin yenidən attestasiyadan keçirilməsi təcrübəsini tətbiq etmək ideyası irəli sürülmüşdü. Çünki son illərdə qanunvericilər qanunvericilik aktlarına çox sayda əlavə və dəyişikliklər ediblər. Bir sıra avtomobil sahibləri isə onlardan xəbərsizdilər.