SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sarqsyan etirazçılara haqq qazandırdı: Ölkədə həyat səviyyəsi çox aşağıdır

"Ermənistan kimi ölkələrdə bu narazılıq daha da kəskindir, çünki həyat səviyyəsi insanlara heç olmasa orta səviyyədə öz ehtiyaclarını ödəməyə imkan vermir"
Sputnik

BAKI, 20 aprel — Sputnik. Hakimiyyət ölkədə narazılığın olmasına anlayışla yanaşırlar, lakin bu, özbaşınalıq mühiti yaratmamalıdır. Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistanın baş naziri Serj Sarqsyan "Şant" telekanalına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, bütün cəmiyyətlərdə narazılıq mövcuddur. Baş nazir əmindir ki, Ermənistan kimi ölkələrdə bu narazılıq daha da kəskindir, çünki həyat səviyyəsi insanlara heç olmasa orta səviyyədə öz ehtiyaclarını ödəməyə imkan vermir. 

"Artıq çox illərdir ki, Ermənistanda insanların narazılığını bildirməsinə heç bir maneə yoxdur (qeyri-dinc yollardan başqa). Fikrimcə, bu həm hakimiyyətə, həm də həmin insanların özlərinə sərf edir" — Sarqsyan bildirib. 

"Nə Ermənistana gedəcəm, nə də Qarabağa, mən Azərbaycanı dəstəkləyirəm!"

Onun sözlərinə görə, problem başqa müstəvidədir və söhbət bu narazılığın nə dərəcədə qanuni üsulla ifadə edilməsindən gedir.

Sarqsyan bəyan edib ki, hakimiyyət hətta nümayiş və mitinqlərin digər vətəndaşların hüquqlarının həyata keçməsinə mane olmasına anlayışla yanaşırlar.

"Lakin əgər bir neçə yüz və yaxud onlarla insan dinc aksiya çərçivəsindən çıxan hərəkətlər edirlərsə, digərlərinin haqlarını kobud şəkildə pozurlarsa… Burada ortaya sual çıxır: niyə valideynlər uşaqları məktəbə göndərirkən narahat olmalıdırlar? Niyə mən, fəhlə olaraq hansısa insanların ölkədə qeyri-sabitlik yaratmaq istəyi ucbatından işə 2-3-4 saat gecikməliyəm?" — Sarqsyan deyib.

Onun sözlərinə görə, problem ondadır ki, bir qrup şəxs ölkədə qeyri-sabitlik yaratmaq istəyirlər. 

Ermənistanda nə baş verir?

Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanları təmkinlidirlər və o özü də istəmir ki, etirazın ifadə forması polisin məcburən güc tətbiq etməsinə gətirəcək qədər qanunsuz şəkil alsın.

Sarqsyan bildirib ki, güc tətbiq olunmasını istəməsə də, ölkədə özbaşınalıq mühiti hökm sürə bilməz.

Müxalifət lideri, "Yelk" ("Çıxış") parlament fraksiyasının rəhbəri Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkat aprelin 13-dən etibarən Yerevan küçələrində Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları, mitinq və yürüşlər keçirir. Etirazçılar şəhərin mərkəzində küçə və döngələri bağlayır, inzibati binalara girişi bağlamağa çalışırlar. Polis artıq onlarla etirazçını saxlayıb.