RUSİYA

Futbol oyununda ayı meydana girdi və...

Bir qədər oynayandan sonra ayı əlindəki topu oyunun hakiminə verərək meydandan çıxıb
Sputnik

BAKI, 20 aprel — Sputnik. Bu il Rusiyada keçiriləcək FİFA 2018 Dünya çempionatı münasibətilə qonşu ölkədə artıq bir çox tədbirlər və təbliğat işləri başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya çempionatında "Maşuk-KMV" ilə "Anquşt" komandaları arasında keçirilən qarşılaşmada maraqlı dəqiqələr yaşanıb. Belə ki, oyundan əvvəl ayı öz təlimçisi ilə birlikdə meydana çıxıb və tamaşaçılara maraqlı anlar yaşadıb. Bir qədər oynayandan sonra ayı əlindəki topu oyunun hakiminə verərək meydandan çıxıb.

Qeyd edək ki, qarşılaşma 3:0 "Anquşt"un qələbəsi ilə sona çatıb.