Dünyanın ən yaşlı canisi edam edildi

O, hakimi və hüquq müdafiəçisini öldürdüyünə görə həbs edilib
Sputnik

BAKI, 20 aprel — Sputnik. ABŞ-ın Alabama ştatında 83 yaşlı cinayətkar edam edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cinayətkar Uolter Mudi 1989-cu ildə hakimi və hüquq müdafiəçisini öldürdüyünə görə həbs edilib.

İstintaq sübut edib ki, cinayətkar həmin şəxslərə poçt vasitəsilə bomba göndərib. Ancaq cinayətkar sona qədər bu ittihamı təkzib edib.

Cinayətkar Uolter Mudi

Martın 21-də Uolter Mudinin barəsində damarına iynə ilə azot yeritməklə edam qərarı verilib. Dünən qərar icra olunub.

Qeyd edək ki, Uolter Mudidən öncə 2005–ci ildə Missisipi ştatında 77 yaşlı cinayətkar edam edilmişdi.