CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Facebook" və "Google" istifadəçilərin şəxsi həyatına müdaxilə edir

Azərbaycanlı politoloq hesab edir ki, bütün bu proseslərin arxasında müəyyən bir siyasi motivasiya dayanır
Sputnik

BAKI, 19 aprel — Sputnik. "Facebook" və "Google" öz istifadəçilərinə təzyiq göstərir. Bunu Sputnik Azərbaycan-a politoloq Tofiq Abbasov deyib. 

Sputnik.Rəy-in keçirdiyi sorğunin nəticələrinə əsasən, avropalıların əksəriyyəti hesab edir ki, "Google" və "Facebook" bu və ya digər siyasi baxışın xeyrinə manipulyasiya etmək üçün xüsusi alqoritmlərdən istifadə edir. Abbasovun fikrincə, gündəlik həyatımızda "Facebook" və "Google" kimi resursların rolu getdikcə artmaqdadır.

"Facebook "xoxol" sözünə görə mənim hesabımı bağladı"

Onun sözlərinə görə, bu şirkətlərin ictimai rəyin monitorinqini aparan bölmələri yayımlara baxaraq günün çalarlarını izləyir və artıq qərar verirlər ki, hansı formada istifadəçilərin beyninə yumşaq güc vasitəsilə təsir göstərə bilərlər. 

"Mən şəxsən düşünürəm ki, bu, yolverilməzdir və bütün bu proseslərin arxasında müəyyən bir siyasi motivasiya dayanır. Bundan başqa, bu cür təsir, həmçinin postsovet məkanı ölkələri, eləcə də Azərbaycan, Gürcüstan və digərlərindən olan istifadəçilərə də göstərilir" — deyə politoloq bildirib. 

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, ictimai əhval-ruhiyyəyə bu qəbildən olan təsir formaları, eyni zamanda şəxsi həyata da müdaxilə deməkdir: "Çünki, əgər internet şirkətləri istifadəçiləri blok etmək kimi yumşaq cəza tədbirləri həyata keçirirlərsə, bu, onu göstərir ki, onlar istifadəçilərin fəaliyyətindən xəbərdardırlar".

"Həmçinin onlar istifadəçilərin baxışlarını öz şəxsi baxışlarının təsiri altına alırlar. Onlar öz fəaliyyətləri ilə istifadəçilərin baxışlarına təsir etməyə, onlara təzyiq göstərməyə çalışırlar" — Abbasov vurğulayıb.

Politoloqun sözlərinə görə, şübhəsiz, elə siyasi dairələr var ki, onlar ən optimal halda insanların onların maraqlarını təmin edən şəkildə düşünməsini istəyirlər: "Belə olan təqdirdə isə sosial şəbəkələr öz fəaliyyətlərinin təməl prinsiplərini pozmuş olur".