Daha bir göy cismi Yer kürəsinə yaxınlaşıb

Mütəxəssislər göy cisminin Yerə yaxınlaşmaya 21 saat qalmış kəşf ediblər
Sputnik

BAKI, 19 aprel — Sputnik. Yer kürəsi daha bir böyük təhlükədən sovuşub.

Sputnik Türkiyə xəbər verir ki, böyüklüyü 48 — 110 metr aralığında olan “2018 GE3” adlı göy cismi Yer kürəsinin 192 min kilometr yaxınlığından keçib. Bu məsafə Yer kürəsi ilə Ay arasında məsafədən iki dəfə daha yaxındır.

​“2018 GE3” adlı asteroidin 2013-cü ilin fevral ayında Rusiyanın Çelyabinsk şəhərinə düşən meteoritdən bir neçə dəfə böyük olduğu və 1908-ci ildə Yer kürəsinə düşən Tunqus meteoriti ilə müqayisə edilə biləcəyi qeyd edilir.

Qeyd edək ki, mütəxəssislər göy cisminin Yerə yaxınlaşmaya 21 saat qalmış kəşf ediblər.