İQTİSADİYYAT

Vergilər nazirindən şad xəbər: "Prezident tapşırıq verdi ki..."

Mikayıl Cabbarov: "Əsas məqsəd kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün və vergi inzibatçılığının yüngülləşdirilməsidir"
Sputnik

BAKI, 17 aprel — Sputnik. "Ölkə prezidentinin tapşırığı ilə Vergi Məcəlləsinin və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri aparılıb. Əsas məqsəd kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün və vergi inzibatçılığının yüngülləşdirilməsidir".

Vergilər nazirindən sərt xəbərdarlıq: "İki şeyə çarə yoxdur"

Sputnik Azərbaycan xəbər verir ki, bu gün jurnalistlərə açıqlamasında vergilər naziri Mikayıl Cabbarov belə deyib. Onun sözlərinə görə, orta və iri müəssisələrdə daxili hesabatlılığın və şəffaflıq səviyyəsinin artırılması, onların vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması qarşıya məqsəd kimi qoyulub.

"Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək, vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq" — M.Cabbarov vurğulayıb.