Türkiyənin bu açıqlaması Rusiya ilə əlaqələrə zərbə vuracaq

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələrin endirilməsi ilə bağlı açıqlama yayıb
Sputnik

BAKI, 14 aprel — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələrin endirilməsi ilə bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə XİN-dən bu əməliyyatı məmnunluqla qarşılayırıq açıqlaması verilib.

Türkiyə XİN Suriyada Dumadaki kimyəvi hücumun ardından Suriya rejiminə qarşı ABŞ, Britaniya və Fransanın keçirdiyi əməliyyatı yerində bir reaksiya kimi səciyyələndirib. 

Vladimir Putin ABŞ və müttəfiqlərinin hərəkətlərinə sərt reaksiya verdi: "Bu təcavüzdür"

Açıqlamada bildirilib ki, Türkiyə 7 aprel günü Dumada çoxlu sayda mülki şəxsin ölümünə yol açan kimyəvi silah hücumuna cavab olaraq ABŞ, Britaniya və Fransanın bu gün səhərə yaxın Suriya rejiminə qarşı təşkil etdiyi əməliyyatı düzgün reaksiya kimi qiymətləndirir. Rejim tərəfindən həyata keçirildiyi yönündə güclü şübhələrin olduğu Duma təcavüzü qarşısında bütün bəşəriyyətin vicdanına tərcüman olan bu əməliyyatı məmnuniyyətlə qarşılayırıq.

Açıqlamada kimyəvi silahlar, o cümlədən kütləvi qırğın silahları ayrı-seçkilik qoymadan mülki vətəndaşları hədəf alan hücumların insanlığa qarşı cinayət təşkil etdiyi qeyd olunub.

Qeyd edilib ki, başda BMT Təhlükəsizlik Şurası üzvləri olmaq üzrə bütün beynəlxalq cəmiyyətin kimyəvi silah istifadəsinin cəzasız qalmamasını təmin edəcək ortaq addımlar üzərində razılığa gəlməsi vacibdir.