CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi ildən sonra zibilin içində itib-batacağıq

Geniş zibilxanalar qlobal iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının mənbələrindən biridir.
Sputnik

BAKI, 13 aprel — Sputnik. Məişət tullantıları daha çox şəhərlərdə yaranır. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, 2010-cu ilin əvvəlində yayılan məlumatlara görə, şəhər əhalisi gündə orta hesabla 1.2 kiloqram məişət tullantısı istehsal edir. Global səviyyədə, bu, ildə 1,3 milyard ton deməkdir. Dünya Bankının proqnozlarına əsasən, 2025-ci ilə qədər əhalinin və şəhərləşmənin artması ilə bu rəqəm iki dəfə artmış olacaq.

Geniş zibilxanalar qlobal iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının mənbələrindən biridir.

Bakıda zibilliklər və tullantılar problemi müzakirəyə çıxarılacaq

Orta və aşağı gəlirli ölkələr üçün xarakterik olan məişət tullantılarının zəif idarə edilməsi insan sağlamlığı üçün təhlükə yaradır.

Tullantı böhranları hakimiyyətə qarşı kütləvi iğtişaşlar və hərəkətlərin baş verməsinə səbəb ola bilər.

BMT-yə görə, məişət zibilinin istehsalı milli gəlirin səviyyəsi ilə əlaqələndirir. Başqa sözlə, zəngin ölkələrdə adambaşına görə daha çox zibil istehsal olunur.

Dünya Bankının 2010-cu ilin əvvəlində nəşr olunan araşdırmasında ölkələrdə istehsal olunan məişət tullantılarının miqdarı əks olunub.

Məlumata görə, adambaşına düşən məişət tullantılarının həcmi gün ərzində 1 kiloqram olub. Ancaq 2025-ci ilə qədər bu 1/4 dəfə arta bilər. Hesabata görə adambaşına məişət tullantısı istehsalı ABŞ-da 2,6, Niderlandda 2,1, Yeni Zelandiyada 3,6, Norveçdə 2,8, İsveçrədə 2,6 kiloqram olub.