HADİSƏ

Azərbaycandakı kütləvi davanın təfərrüatı: Elə faktlar ortaya çıxdı ki...

Kənd sakinlərinin dediyinə görə, davada adı hallanan Bağış Haxiəliyev azyaşlıya qarşı seksual hərəkətlər törətdiyinə görə həbs olunubmuş
Sputnik

Bakı, 13 aprel — Sputnik. Yardımlı rayonunun Bürzünbül kəndində baş vermiş ölümlə nəticələnən kütləvi davanın təfərrüatı məlum olub. Sputnik Azərbaycan-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, dava edən tərəflər yaxın qohumlar (dayı oğlu, bibi oğlu) olublar.

Azərbaycanda qohumlar arasında kütləvi dava: Ölən və yaralananlar var

Qohumlar arasında uzun müddətdir torpaq sahəsinə görə insident yaşanırmış. Lakin bəzi kənd sakinlərinin dediyinə görə, dava namus məsələsinə görə baş verib.

12 aprel tarixində tərəflər arasında baş vermiş kütləvi davada kənd sakini, 1965-ci il təvəllüdlü Rəciyev Bəyzadə Məmmədağa oğluna öz dayısı oğlu və dayısı nəvələri tərəfindən bədənin müxtəlif nahiyələrinə 30-ə qədər bıçaq zərbələri endirilib. Yaralı Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəstəxanada artıq öldüyü müəyyən olunub.

Elvin Rəcili

B.Rəciyevlə yanaşı 2 oğlu — Əvəz və Elvin də müxtəlif bıçaq xəsarətləri alıblar. Yararalılara rayon xəstəxanasında tibbi yardım göstərilib, hazırda müalicələri davam etdirilir.

Əvəz Rəcili

Baş vermiş kütləvi davada xəsarət yetirən tərəf isə Bürzünbül kənd sakini, 1966-cı il təvəllüdlü Nuru Mətləb oğlu Haxıəliyev və oğlanları Şirxan, Bağış və Əli Haxıəliyevlər olublar. Hadisəyə görə hələ ki, Şirxan Haxıəliyev saxlanılıb. Digərlərinin isə hadisə yerindən qaçdığı iddia olunur.

Əli Haxiəliyev

Qeyd edək ki, Nuru Haxıəliyevin hadisədə adı hallanan bir oğlu Əli Haxıəliyevin Bürzünbül kənd orta məktəbində müəllim işlədiyi, digər oğlunun — Bağış Haxıəliyevin isə həbsxanadan təzəlikcə azad olunduğu bildirilir. Kənd sakinlərinin dediyinə görə, Bağış Haxıəliyev azyaşlıya qarşı seksual xarakterli hərəkətlər törətdiyinə görə həbs olunubmuş.

Əlavə edək ki, saxlanılan Şirxan Haxıəliyevin özünə "Beşbarmaq" təxəllüsü götürdüyü və mərhum avtoritet Rövşən Lənkəranskini kumir seçdiyi müəyyən edilib.

Şirxan Haxiəliyev

Baş vermiş hadisə ilə bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ("Qəsdən adam öldürmə") maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib. Bəyzadə Rəciyevin ölümündə şübhəli bilinən Şirxan Haxıəliyev polis tərəfindən saxlanılıb. Hazırda istintaq davam etdirilir.