İDMAN

Çempionlar Liqası: "Real" və "Bavariya" növbəti mərhələdə

1/4 finalın sonuncu cavab oyunları Münhen və Madriddə keçirilib
Sputnik

BAKI, 12 aprel — Sputnik. Bu gün Çempionlar Liqasında növbəti yarımfinalçılar bəlli olub. Sputnik Azərbaycan xəbər verir ki, 1/4 finalın sonuncu cavab oyunları Münhen və Madriddə keçirilib.

Almaniyadakı qarşılaşmanı formal saymaq olardı. "Bavariya"nın İspaniyada qalib gəldiyi "Sevilya"ya evində uduzması real görünmürdü. Öz meydanında qolsuz bərabərə qalan Yupp Haynkesin yetirmələri yarımfinala adlayıblar.

Digər cütlükdə isə "Yuventus" geri dönüşə yaxın olub. Evində "Real"a 3 cavabsız qolla yenilən "Qoca sinyora" İspaniyadakı qarşılaşmada bunun əvəzini çıxsa da, Kriştianu Ronaldonun son saniyələrdə penaltidən vurduğu qol "kral klubu"nun yoluna davam etməsinə şərait yaradıb.