CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tbilisi və Batumidə Azərbaycan vətəndaşları üçün məntəqələr yaradılıb

Gürcüstanda azərbaycanlılar seçki fəallığı nümayiş etdirirlər
Sputnik

BAKI, 11 aprel — Sputnik. Gürcüstanda müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səs verməsi üçün Tbilisi və Batumidə seçki məntəqələri yaradılıb. Seçki məntəqələri bu gün yerli vaxtla saat 19:00-a qədər Azərbaycanın Gürcüstandakı səfirliyinin Tbilisidəki binasında və Batumidəki Azərbaycan konsulluğunda səsverməyə açıq olacaq.

MDB PA müşahidə missiyasının rəhbəri seçki prosesinə münasibətini açıqladı

"Səhər saat 08:00-dan etibarən biz seçki məntəqələrində səsverməni açıq elan etmişik. Hazırda Gürcüstanda müvəqqəti olaraq yaşayan, buradakı müxtəlif təşkilat və şirkətlərdə işləyən Azərbaycan vətəndaşlarının səsvermə prosesində fəallığı müşahidə olunur", — deyə Azərbaycanın Gürcüstandakı səfirliyinin üçüncü katibi, Tbilisidəki seçki məntəqəsinin üzvü Samirə Ağayeva Sputnik Gürcüstan-a bildirib.

Onun sözlərinə görə, Gürcüstandakı Azərbaycan konsulluğunda prezident seçkilərində iştirak etmək istəyən 557 vətəndaş qeydiyyatdan keçib: "Bu say arta bilər. Çünki seçkilərdə arzu edən istənilən Azərbaycan vətəndaşı iştirak edə bilər".

Azərbaycanın Tbilisidəki səfirliyində prezident seçkiləri

Qeyd edək ki, seçkilərdə başda Azərbaycanın hazırki prezidenti İlham Əlyev olmaqla 8 namizəd iştirak edir. Ölkədə səsvermə hüququ olan 5 milyondan artıq seçici ölkədəki 125 seçki dairəsi üzrə 5641 məntəqədə səs verəcək. 41 seçki məbtəqəsi isə ölkə hüdudlarından kənarda yaradılıb. Xaricdəki seçki məntəqələrini Azərbaycanın 32 ölkədəki diplomatik nümayəndəlikləri təşkil edib.