CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Exit-poll"un ilkin nəticələri açıqlandı: İlham Əliyev böyük üstünlük qazanıb

"ELS" "exit-poll"un ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 82,71 faiz səs toplayıb
Sputnik

BAKI, 11 aprel — Sputnik. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı exit-pollun ilkin nəticələrini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, nəticələri mərkəzin rəhbəri İradə Yaqubova açıqlayıb.

O bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə exit-poll aparılıb: "80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. "Exit-poll" uğurla başa çatdı".

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin apardığı "exit-poll"un nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 82,71 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz

Sərdar Cəlaloğlu – 3,56 – faiz".

Zahid Oruc – 3,37 faiz

Hafiz Hacıyev – 2,1 faiz

Araz Əlizadə — 1,87 faiz

Fərəc Quliyev – 1,33 faiz

Razı Nurullayev – 0,92 faiz

Xatırladaq ki, bu gün Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilir. Səsvermə səhər saat 08.00-da başlayıb, axşam saat 19:00-da başa çatacıb. Sputnik Azərbaycan xəbər verir ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparıb.

Azərbaycanda 100 yaşlı kişidən seçki məntəqəsində maraqlı jest - VİDEO

Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Daimi seçki məntəqələri 5426, müvəqqəti seçki məntəqələri isə 215-dir. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.

Prezident seçkilərində 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səsvermə hüququ qazanıb.

Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da "Seçkilər" İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanıb. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdirilib.