İDMAN

Dünya çempionatlarının ən möhtəşəm qolu müəyyən edildi - VİDEO

Birincilik uğrunda braziliyalı Ederlə meksikalı Neqretenin qolları mübarizə aparıb
Sputnik

BAKI, 10 aprel — Sputnik. FİFA "dünya çempionatları tarixində ən yaxşı qol" müsabiqəsinə yekun vurub. Müsabiqə azarkeşlər arasında keçirilib. Sorğuda meksikalı Manuel Neqretenin 1986-cı ildə Bolqarıstanın qapısına vurduğu qol qalib gəlib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, azarkeşlərə dünya çempionlarının final mərhələlərində vurulmuş 32 qol təqdim edilib. Neqretenin məlum qolu birincilik uğrunda mübarizədə braziliyalı Ederin SSRİ yığmasının qapısına 1982-ci ildə vurduğu topu qabaqlayıb.

Manuel Neqrete sinəsi səviyyəsində uçan topa havada zərbə endirərək Bolqarıstanın qapısına qol vurub. Oyunun keçirildiyi "Asteka" stadionunda sonradan bu qola abidə qoyulub.