BAKI, 8 aprel — Sputnik. Münhenin "Bavariya" klubu Almaniyanın tarixində 28-ci dəfə çempion olub.
Sputnik Azərbaycan xəbər verir ki, Bundesliqasının 29-cu turu çərçivəsində "Bavariya" "Auqsburq" klubunu 4:1 hesabı ilə məğlub edib.
"Bavariya" liqa birinciliyində 29 turdan sonra xal ehtiyatını 72-yə çatdırıb və ən yaxın izləyicisi olan "Şalke"ni 20 xal qabaqlayır.
"Bavariya" 118 illik tarixində 16 dəfə milli kubok, 5 dəfə isə Çempionlar Liqasında qələbə qazanıb. Həmçinin komanda Avropa Super Kuboku, UEFA Kuboku və dünya çempionatını da qazanıb.