Qumar və qadınlar azərbaycanlı biznesmenin evini yıxıb

Qumar və qadınlara olan həvəs Moskvadakı Food City Ticarət Mərkəzi ərazisindəki iri meyvə-tərəvəz bazarının sahibini az qala dəmir barmaqlıqlar arasına salacaqdı
Sputnik

BAKI, 7 aprel — Sputnik. Qumar və qadınlara olan həvəs Moskvadakı Food City Ticarət Mərkəzi ərazisindəki iri meyvə-tərəvəz bazarının azərbaycanlı sahibi Zeynalov Məhərrəm Novruz oğlunu az qala dəmir barmaqlıqlar arasına salacaqdı. Və bu təhlükə hələ tam sovuşmayıb. Çünki təkcə keçmiş "Four Seasons" (Çetıre sezona-Dörd mövsüm) Domodedovo meyvə-tərəvəz bazasından Zeynalovla bağlı hüquq-mühafizə orqanlarına 9 nəfər şikayət daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Moskvanın hüquq-mühafizə orqanlarındakı informasiyalı mənbə məlumat verib.

Qeyd edək ki, Zeynalov martın 30-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə baş cinayət-axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Azərbaycanlı biznesmenin əmlakı satışa çıxarılacaq

Məhərrəm Pokrovski adı ilə məşhur olan biznesmen müxtəlif şəxslərə külli miqdarda pul borcludur. Bununla əlaqədar olaraq ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq faktı üzrə cinayət işi açılıb.

Əslən Şəmkir rayonunun Çinarlı kəndindən olan Məhərrəm Zeynalovun və hansısa Nuruşun Qərbi Biryulevoda yerləşən, 2013-cü ilin oktyabrında baş verən kütləvi iğtişaşlar zamanı bağlanmış Pokrov meyvə-tərəvəz bazasında iri topdansatış məntəqələri olub. "Pokrovka" adı ilə məşhur olan bu bazanın bağlanmasından sonra azərbaycanlı biznesmenlər, eləcə də Zeynalov Food City aqroklasterinə köçüblər.

Məhərrəm və Rövşən Zeynalov qardaşları "Azfrut" ASC-nin meydançasında avtomobil ticarəti ilə də məşğul olublar. Onlar bazar ərazisinə daxil olan bütün TIR-lara nəzarət ediblər. Həbsin səbəbi Zeynalovun hələ Pokrov bazası fəaliyyət göstərən vaxtdan yığılıb qalmış borclardır. Lakin 31 martda Zeynalov azadlığa çıxıb. 

Sultan Süleymanın biznes arzusu 1 milyon dollarlıq zərərlə bitdi

Bu gün — aprelin 6-da isə məlum olub ki, biznesmen şəhərdən heç yerə getməmək şərtilə azadlığa buraxılıb. Bir sıra məlumatlara görə, onunla bağlı hüquq-mühafizə orqanlarına Food City-nin sahibi və milyarder Qod Nisanov xahiş edib.

Bununla yanaşı, məlum olub ki, Zeynalovun bu qədər borclarının üst-üstə yığılmasına səbəb onun qumara və qadınlara olan düşkünlüyüdür. O, eyni zamanda kazinolara və vətənindən olan şou-biznes nümayəndələrinə səxavətlə pul xərcləyir. Əlbəttə Məhərrəm Zeynalovun Azərbaycanın hansı şou-biznes ulduzlarına flirt etdiyinə hələlik jurnalistlər tərəfindən bir işarə vurulmayıb. Lakin bu, onu yaxından tanıyanlara heç də sirr deyil. O, külli miqdarda pulunu sevgili olduğu müğənnilərin populyarlaşdırılmasına sərf edir. Əldə etdiyimiz məlumata görə, Zeynalov öz tanışlarına bir neçə milyon dollar borcludur.