İDMAN

Çempionlar Liqası: 1/4 finalda növbəti görüşlər keçirilib

Dünən keçirilən ilk görüşdə "Real" "Yuventus"a 3:0 hesabı ilə qalib gəlib, "Sevilya" isə "Bavariya"ya 1:2 hesabı ilə məğlub olub
Sputnik

BAKI, 5 aprel — Sputnik. Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bu gün mərhələnin daha iki oyunu keçirilib.

İngiltərə təmsilçiləri "Liverpul" və "Mançester Siti" "Enfild Roud"da münasibətlərinə aydınlıq gətiriblər. Gərgin keçən oyunda "Liverpul" gözlənilmədən 3:0 hesabı ilə qələbə qazanıb.

Digər görüşdə "Barselona" qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Roma"nı qəbul edib. Qeyd edək ki, kataloniyalılar İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda uduzmayıb. Bu dəfə də "Barsa"nı dayandırmaq mümkün olmayıb. Messinin komandası 4:1 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, dünən keçirilən ilk görüşdə "Real" "Yuventus"a 3:0 hesabı ilə qalib gəlib, "Sevilya" isə "Bavariya"ya 1:2 hesabı ilə məğlub olub.