CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların sıxıntısı parlamentdə ciddi etiraza səbəb oldu

Fəzail Ağamalı: "Seçkilərdən sonra bu istiqamətdə konkret addımlar atılsın"
Sputnik

BAKI, 3 aprel — Sputnik. "Hazırda ən ciddi problemlərdən biri vətəndaşlarla kommersiya bankları arasında yaranmış problemdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı deyib.

Kredit problemi Milli Məclisin gündəmində: İmkansız vətəndaşlara güzəşt edilsin

Onun sözlərinə görə, vaxtında banklar aşağı faizlə vətəndaşlarlardan əmanəti alaraq ikiqat artıq faizlə kredit verəndə bilməliydilər ki, bu, bumeranq kimi üzlərinə qayıdacaq: "İndi böhranlı vəziyyət yaranıb və bu, dövlətin üzərinə atılıb. Əgər anlamırdılarsa, nəyə görə bankda oturub bank işi ilə məşğul olurdular?".

Millət vəkili qeyd edib ki, bu məsələ dəfələrlə müzakirə olunub, lakin nəticə yoxdur: "Biz Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdıq. Palata 2 ildən artıq müddətdir fəaliyyət göstərsə də, nəticəsi yoxdur. Hanı onların fəaliyyətinin nəticələri? Bununla bağlı seçicilər müraciət edir. Sözümüzü deyirik, nəticəsi yoxdur. Seçkilərdən sonra bu istiqamətdə konkret addımlar atılsın".